AZ

Ben Qurion hava limanı “Hizbullah”ın hücumundan sonra işə başladı

Ben Qurion Beynəlxalq Hava Limanı “Hizbullah”ın İsrail ərazisinə hücumundan sonra fəaliyyətini bərpa edib və uçuşları qəbul etməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Uçuş xidməti yerli vaxtla saat 07:00-da bərpa edilib. Ramon hava limanına yönləndirilən təyyarələr yenidən Ben Qurionda qəbul ediləcək.

“Hizbullah”ın məlumatına görə, Livandan İsrailə 320-dən çox raket atılıb. “Jerusalem Post” qeyd edib ki, raket buraxılışları yerli vaxtla 05:30-dan 06:15-dək qeydə alınıb və bir neçə raket İsrail ərazisinə çatıb.

Ordunun mətbuat xidməti daha əvvəl bildirmişdi ki, qırıcılar Livandakı “Hizbullah” hədəflərinə hücum ediblər. İsrailin müdafiə naziri Yoav Qalant ölkədə 48 saatlıq fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu açıqlayıb.

Şahanə Rəhimli

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
musavat.com

1Mənbələr