"Atlanta" nın yeni transferi Aleksey Mirançuk MLS-də debüt edib.
90deqiqe.az globallookpress.com-a istinadən xəbər verir ki, rusiyalı yarımmüdafiəçinin ilk oyunu uğursuz olub.
"Atlanta" səfərdə "Qalaksi"yə 2:0 hesabı ilə uduzub.
Xatırladaq ki, 28 yaşlı Aleksey Mirançuk bu yay İtaliyanın "Atalanta" klubundan "Atlanta Yunayted"ə köçüb.