AZ

Alman futbolçudan uğurlu debüt

Marko Roys yeni klubu “Los Anceles Qalaksi”də debüt edib.

“Football-plus.az” xəbər verir ki, MLS-in 23-cü turunun “Atlanta Yunayted” ilə matçının 65-ci dəqiqəsində meydana daxil olub. 35 yaşlı alman yarımmüdafiəçi 85-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Oyun “Los Anceles Qalaksi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Roys ABŞ klubuna iyul ayında azad agent kimi keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
football-plus.az

1Mənbələr