AZ

Fəlsəfə doktoru nazirlik və institutu hədəfə aldı: "Başıma bir iş gəlsə..." - "Hiylə və zorakılıqla bütün vəzifələrimi əlimdən çıxardılar"

"Azərbaycan bilsin! Özümü çox pis hiss edirəm, başıma bir iş gələrsə, Azərbaycan Respublikasının Təhsil İnstitutu günahkardır".

Mia.az xəbər verir ki, bu ağır ittihamı Təhsil İnstitutunun Əlavə təhsilin məzmunu şöbəsinin keçmiş müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova sosial media hesabıdakı paylaşımında yzıb.

Onun sözlərinə görə, səhhətində ciddi problem var:

"Özümü çox pis hiss edirəm, başıma bir iş gələrsə, Azərbaycan Respublikasının Təhsil İnstitutu günahkardır. Ayaqda qalmaq üçün 3 yerdə işləyirdim. Onun hesabına ildə bir dəfə Malatyaya müayinəyə gedə bilirdim. İş başındakı qanunsuzluqlara və dərsliklərdəki səhvlərə etirazlarıma görə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu hiylə və zorakılıqla bütün vəzifələrimi əlimdən çıxardı. Bu gün həkim müayinəsinə ehtiyacım var, gedə bilmirəm. Burada qaraciyər cərrahları mənə yaxın durmurlar, çünki bu əməliyyat dünyanın ən ağır əməliyyatıdır, xəstənin keçmişini bildikləri üçün onu izləmək öz həkimlərimin öhdəsinə düşür.

Mənə qalib gəlməyinizlə doyunca fəxr edin!

Xahiş edirəm, paylaşın, bəlkə, Prezidentə çatar".

Samir Musayev

MİA.AZ

Seçilən
38
3
mia.az

4Mənbələr