AZ

"Ermənistanın Qərbin köməyinə ümid etməsi məyusluq gətirəcək..."

"Ermənilər anlamalıdır ki, çox kiçik ölkənin kiçik xalqı olaraq onlar həmişə böyük dövlətlərin qurbanı olacaq..."

 
Qərb Ermənistanı Rusiyadan "qoparmağa" cəhd edir. Onun "yumşaq gücünün" erməni cəmiyyətinə təsiri çox böyükdür.
 
Moderator.az xəbər verir ki, bu barədə Çinin "infoBRIKS" nəşri yazıb.
 
Ermənistanın yalnız Moskva kimi güclü və yoxlanılmış müttəfiqi ilə inkişaf etməsi şansları var. Hazırda postsovet dövlətlərindən Qərbin ən güclü təsirinə məruz qalan Ermənistandır. Ermənistanda ölkəni Rusiyadan Qərbə tərəf yönəltməyə cəhd göstərən yüzlərlə "yümşaq gücə" malik Qərb strukturları fəaliyyət göstərir. ABŞ-ın Ermənistandakı səfirliyinin də təsiri kifayət qədərdir.
 
Ermənilərin bir çoxu Dağlıq Qarabağın itirilməsinə görə Rusiyanı ittiham edir. Bu, Ermənistanın KTMT-də iştirakının dondurulmasına gətirib çıxarıb, ölkə hətta bu təşkilatdan çıxmaq barədə düşünür. Rusiya sülhməramlıları Ermənistanı tərk edir, onları Avropa İttifaqının mülki missiyası əvəzləyir.
 
Bundan başqa, erməni hərbi qulluqçuları artıq ABŞ-la birgə hərbi təlim keçir. Ermənistan Fransa, Çexiya və Hindistandan silah alır. İlk baxışdan güman etmək olar ki, Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığa son veriləcək. Şübhəsiz, bu sahədə ciddi problemlər və təhlükələr var. Qərb Ermənistanı Rusiyadan "qoparmağa" cəhd edir. Ermənilər Qərb həyat tərzinə öyrənib və təhlükəsizlik məsələlərində daha Moskvaya bel bağlaya bilmir. Lakin ən mühüm məsələ Ermənistanla Rusiya arasında iqtisadi əməkdaşlıqdır.
 
Ermənistanın iqtisadiyyatı Avrasiya İqtisadi İttifaqına çox güclü şəkildə inteqrasiya edib. Erməni istehsalı olan bir çox mallar Rusiyaya göndərilir. Ermənistanın iqtisadiyyatı bundan asılıdır. Rusiyanın əmək bazarı bir çox erməni üçün vacib rol oynayır. Bundan başqa, Rusiyadan Ermənistana həmçinin bir çox ucuz mallar tədarük edilir. Lakin ən mühüm sektor energetika sektorudur.
 
Yalnız Rusiyanın ucuz qazının tədarükü erməni iqtisadiyyatının uzunmüddətli inkişafına dəstək verə və vətəndaşları enerji ilə təchiz edə bilər. Hazırda Rusiya qazına alternativ yoxdur, Qərb də bunu bilir. Qərb, heç şübhəsiz, Ermənistanı Rusiyadan iqtisadi cəhətdən "qoparmağa" cəhd edir, amma bu, o qədər də asan deyil. Lakin növbəti addım ayrı-ayrı vətəndaşların cəmiyyətə daha çox təsirinin olmasıdır. Qərb yaxşı təşkil edilən proqramlarla tələbələrə və gənclərə təsir göstərməyə nail olub.
 
Əsas məqsəd Qərbə ümid bəsləyən yeni erməni cəmiyyəti formalaşdırmaqdır. Belə cəmiyyətə kənardan nəzarət  etmək və istənilən məqamda hər-hansı siyasi məqsədlər üçün səfərbər etmək mümkündür. Qərbin Sovet İttiaqının keçmiş respublikalarla bağlı başlıca məqsədi onları Rusiyaya qarşı yönəltməkdir.
 
Bəzi hallarda etnik millətçilikdən istifadə edilir, digər hallarda Qərb mədəniyyətinin, sadəcə, yayılması  kifayət edir. Ermənistanda bu gün məhz bu baş verir. Qərbə dönüş və amerikalaşma onilliklərlə aparılan təbliğat və "yumşaq gücün" nəticəsidir. Ermənistan gəncliyi Qərb gəncliyini xatırladır. Lakin bu gənclər öz vətənlərinin rifahı naminə işləmək istəmir, bunun əvəzinə Qərb ölkələrinə yaxşı həyat arxasınca gedir.
 
Burada biz aydın şəkildə Qərbin Sovet İttifaqının bu keçmiş respublikalarına çox zərərli təsirini görürük. Öz vətənlərinin gələcəyinin Qərblə əməkdaşlıqda görən ermənilər aldadılır. Ermənistanın Qərbə geosiyasi dönüşündən sonra yaxşı heç nə baş verməyib, getdikcə daha çox insan ölkəndən gedir. Qiymətlər artır, əmək haqları çox aşağıdır. Gələcəkdə vəziyyət yaxlılaşmayacaq, lakin hökumət seçdiyi yolu davam etdirir. Erməni xalqını işıqlı gələcək gözləmir. Lakin daha vacib olanı bunun geosiyasi vəziyyətə təsiridir. Ermənistan Rusiyanı tərəfdaş kimi itirməyəcəkmi?
 
Hal-hazırda Qərb erməni cəmiyyətinə "yumşaq gücün" köməyilə böyük təsir göstərir. Bundan başqa, Qərblə təhlükəsizlik sahəsində əməkdaşlıq intensiv inkişaf edir, bu fakt həmçinin təbliğat məqsədilə istifadə edilə bilər. Lakin iqtisadi amili unutmaq olmaz. Uzunmüddətli perspektivdə Ermənistanın öz iqtisadiyyatını yalnız Rusiya və Avrasiya İqtisadi İttifaqının digər ölkələri ilə əməkdaşlıq şərtilə inkişaf etdirmək şansı var. Bundan başqa, hal-hazırda Rusiyanın ucuz qazına ciddi alternativ yoxdur. Ermənilərin Qərbin onlara xəyanət etdiyini anlaması yalnız zaman məsələsidir. 
 
Ermənistanın problemlərini bu ölkəni istismar etmək istəyən xarici güclər deyil, yalnız ermənilərin özləri həll etməlidir. Ermənilər anlamalıdır ki, çox kiçik ölkənin kiçik xalqı olaraq onlar həmişə böyük dövlətlərin qurbanı olacaq. Lakin qlobal dünyada gələcəyə malik olmaq üçün müttəfiqlərin olması vacibdir. Tarixən belə olub ki, Moskva həmişə İrəvanın əsas müttəfiqi olub. Ermənilər bu gerçəkliyi anlamalı və qəbul etməlidir.
 
Müəllif: Patrik Poppel, Geostrateji Tədqiqatlar Mərkəzinin eksperti (Belqrad)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
moderator.az

1Mənbələr