AZ

Bələdiyyə tərkibində narkotik maddələr olan bitkilərin məhv edilməsi üzrə tədbirlər görmədi, cəzalandırıldı

Qax rayonunun Qum Bələdiyyəsinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Qax Rayon Polis Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 209-cu (Yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Bələdiyyə protokoldan şikayət verib. İş Qax Rayon Məhkəməsinin hakimi Taleh Kərimovun icraatındadır. Baxış iclası avqustun 28-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 26 Avqust 2024, 08:02   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
pravda.az

1Mənbələr