AZ

Ailəsindən Gülben Ergenə sürpriz

Türkiyəli müğənni Gülben Ergenə uşaqları səhərə yaxın doğum günü münasibəti ilə sürpriz ediblər.

OLAY yazır ki, bununla bağlı 52 yaşına qədəm qoyan sənətçi sosial şəbəkə hesabında paylaşım edib.

Bodrumdaki konsertindən səhər saatlarında evə qayıdan Ergen üç oğlu onun otağını şarlar, güllər və çox sayda hədiyyələrlə bəzəyiblər.

“Saat 05.40… Bodrumdakı konsertdən heç yatmadan qayıtdım. Uşaqların oyanmaması üçün evə sakitcə girdiyim andan hisslərimi sözlə ifadə etmək mümkün deyil.  Atlasım, Aresim, Güneyim yatmadan məni gözləyirdilər. Hədiyyələrim hazırdır. Yatağımın üstündə uşaq bağçamızdan 53 ədəd ağ qızılgül var və üstündə rəngarəng şarlar… Həyatımda gördüyüm ən mənalı ad günü tortu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
olay.az

1Mənbələr