AZ

Burak Özçivit Kazanda belə qarşılandı

Türkiyəli aktyor Burak Özçivit Kazanda ajiotaj və coşqu ilə qarşılanıb.

OLAY yazır ki, serial və kino ulduzu “Yolki” filminin çəkilişləri üçün Rusiyaya uçub.

Əcnəbi ulduzu qarşılamağa onlarla pərəstişkarı gəlib. Hava limanında Özçiviti təkcə pərəstişkarları deyil, milli tatar geyimli qızlar da baursak və duz-çörəklə qarşılayıblar.Burak ona verilən hədiyyələrdən imtina etməyib.

Yalnız ən israrlı pərəstişkarlar kumirləri ilə şəkil çəkdirə biliblər. Aktyorun bir neçə qız fanatı sözün əsl mənasında Özçiviti şəkil çəkdirməyə məcbur edib. 

Burak jurnalistlərlə də ünsiyyət qurmaq istəməyib. Əvvəlcə sənətçinin gəlişindən dərhal sonra mətbuatla 15 dəqiqə vaxt keçirəcəyi açıqlanıb.

39 yaşlı Özçivit aeroport binasından çıxandan sonra dərhal qara mikroavtobusa minib və onunla görüşənlərin gözündən itib.

Qeyd edək ki, bu Özçivitin rus kinosunda ilk rolu olacaq. Film dekabrın 19-da kinosevərlərə təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
olay.az

2Mənbələr