AZ

İrəvanda bina küləkdən uçdu - Ölən var

İrəvanda yarımçıq tikilinin bir hissəsi küləkdən uçub.

BAKU.WS Novosti Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Qeyd olunub ki, avqustun 25-i saat 21:37-də Qapantsyan küçəsində yarımçıq tikilinin divarı küləkdən uçaraq avtomobilin üzərinə aşıb. Maşında bir nəfər olub və onun çıxarılması üçün xilasedicilərin köməyinə ehtiyac yaranıb.

Hadisə yerinə İrəvan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadası və Xüsusi Təyinatlı Xilasetmə Mərkəzinin xilasedici qrupu gedib.

Məlum olub ki, divar “Mitsubishi” markalı avtomobilin üzərinə çöküb.

Xilasedicilər avtomobildə 1991-ci il təvəllüdlü kişi meyiti aşkar ediblər. 

Seçilən
83
baku.ws

1Mənbələr