AZ

İnam, etimad, sədaqət, humanizm, xeyirxahlıq, yaxın sirdaş və silahdaş ünvanı!

Bütün bu xüsusi keyfiyyətləri özündə birləşdirən, Azərbaycan iqtidarının ən parlaq nümayəndəsi kimi nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da daha aydın etiraf edilən Mehriban xanım Əliyeva Cənab prezident İlham Əliyevin ən yaxın köməkçisi, silahdaşı və sirdaşıkimi siyasi elitada xalqın sevimlisinə çevrilərək xeyirxahlıq və ümid yeri olmuş və "Bizim Mehriban" adını qazanmışdır!

Mehriban xanım Əliyeva müasir Azərbaycan tarixində bir çox layihələrin və ideyaların müəllifi kimi ilkə imza ataraq, Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişafında özünəməxsus dividentlər gətirməklə,ölkəmizin dünya arenasında nüfuzunun artmasında böyük rol oynamışdır!

Mehriban xanım Əliyeva öz ağlı, savadı, siyasi təcürbəsi ,eleqantlığı ilə güclü qadın obrazıda bütünAropada(Qərbdə) Şərq - Müsəlman qadının nəyə qadir olduğunu sübuta yetirərək stereotipləri aradan qaldırmış, özünün siyasi və elitar, kübar davranışını nümayiş etdirərək hər bir azərbaycanlının və müsəlman şərqlinin qürur mənbəyinə çevrilmişdir!

Azərbaycan cəmiyyətiMehriban xanım Əliyevanı Cənab prezident İlham Əliyevin ən yaxın sirdaşı və silahdaşı kimi görür və Heydər Əliyev ideyalarının həyata keçirilməsində birçox layihələrin və tədbirlərin icrasının təşəbbüskarı və rəhbəri kimi tanıyır.

Mehriban xanım Əliyevanın ictimai-siyasi xadim kimi böyük təcrübəsi, fəal ictimai mövqeyi, Azərbaycanın mədəni dəyərlərinə və tarixi irsinə dərindən bağlılığı, beynəlxalq müstəvidə apardığı uğurlu layihələrin icrası onun xalqın sevimlisinə çevrilməsində başlıca məqsədlərdəndir.

Eyni zamandaMehriban xanım Əliyevanın cəmiyyətin və iqtidarın daxili vəhdətinin, millihəmrəyliyinin möhkəmlənməsinə əhəmiyyətli tövhə verdiyi hər bir azərbaycanlı tərəfindən qiymətləndirilir.

Hər bir Azərbaycan vətəndaşları və onun hüdudlarından kənarda Cənab prezident İlham Əliyevin əzəmətli tarixi nailiyyətlərində, qazanılan böyük uğurlarında, qələbələrlənümayiş olunan uğurlu siyasətinin həyata keçirilməsindəyaxın silahdaşı kimi - Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini bariz şəkildə görməkdədir.
Birinci vitse - prezident Mehriban xanım Əliyevanın fəliyyətinin ən dəqiq qiyməti öz ifadəsini şübhəsiz ki, insanların ona olan böyük hörmət və ehtiramında, sevgi və inamında, onu xeyirxahlıq və ümid yeri kimi görməsindədir!

Bu gün Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev fondunun sədri, Birinci Xanım - MehribanƏliyevanın doğum günüdür!!!

Bu münasibətlə xalqın sevimlisi Mehriban xanım Əliyevanı təbrik edir, ona can sağlığı, xoşbəxtlik və müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi naminə Cənab Prezden İlham Əliyevin apardığı uğurlu siyasətin həyata keçirilməsində onun ən yaxın silahdaşı və sirdaşı kimi ümid, inam, etimad humanizmvə xeyirxaqlıq prinsiplərinə söykənən titanik fəaliyyətində Uca Tanrıdan müvəffəqiyyətlər arzulayırıq!

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
sia.az

1Mənbələr