AZ

ABŞ və Britaniya hücumdan əvvəl Kurskun peyk şəkillərini Ukraynaya veriblər - NYT

Ukrayna Kursk vilayətində əməliyyata başlamazdan bir müddət əvvəl ABŞ və Böyük Britaniyadan bu regionla bağlı peyk şəkilləri və digər məlumatlar alıb. Bu cür məlumatlar Kiyevə Rusiyanın ərazisinin dərinliklərinə doğru hücuma kömək etmək üçün verilməyib.

Bu barədə Qaynarinfo "The New York Times”a istinadən xəbər verir.

Rəsmilərin Amerika nəşrinə verdiyi məlumata görə, peykdən Kursk vilayətinə dair verilən məlumat və görüntülər Ukrayna Silahlı Qüvvələrinin komandanlığına hücum edə biləcək Rusiya qüvvələrini daha yaxşı izləmək imkanı vermək üçün Birləşmiş Ştatlar və Britaniya tərəfindən Ukrayna tərəfinə ötürülüb.

Bəzi ABŞ rəsmilərinin fikrincə, Ukraynanın qərb sərhədində nə qədər çox Rusiya ərazisi nəzarət altına almağa çalışarsa, Ukrayna Silahlı Qüvvələrinin təchizat xətlərinin və hava hücumundan müdafiə "çətir”inin həddindən artıq genişlənməsi riski bir o qədər çox olar.

ABŞ rəsmiləri əlavə edib ki, Ukrayna qüvvələrinin Kursk vilayətində cəmlənməsi Ukraynanın şərqində, xüsusən müdafiə qüvvələrinin Rusiyanın intensiv hücumları ilə üzləşdiyi Donbasda cəbhə xəttində zəif nöqtələr yaradır.

"Ukrayna cəbhə xəttini genişləndirdi, bu da müəyyən risk daşıyır, çünki bu xətti saxlamaq üçün daha çox şəxsi heyət və avadanlıq lazımdır - bu da öz növbəsində cəbhənin başqa bir hissəsini tükəndirə və ya çox güman ki, mövcud ehtiyatlarını azalda bilər" deyə Britaniyanın kəşfiyyat şirkəti "Janes”in analitiki Ceyms Rends bildirib.

Eyni zamanda, ABŞ ordusu bildirir ki, Ukrayna Kursk vilayətindəki hücumu ilə "ümumqoşun” manevrini necə həyata keçirəcəyini bildiyini nümayiş etdirib. Söhbət piyada, zirehli texnika və artilleriya tərəfindən sinxron hücumlardan gedir, NYT yazır.

Xatırladaq ki, avqustun 6-dan Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətində əməliyyat keçirir. Ukrayna Silahlı Qüvvələri bu regionda 90-dan çox yaşayış məntəqəsini nəzarətə götürüb. 

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
24
qaynarinfo.az

10Mənbələr