AZ

Paytaxtın bu ərazisində 400 -ə yaxın bina TƏHLÜKƏDƏDİR – Ekspert həyacan TƏBİLİ ÇALDI

"Paytaxtın birinci mikrarayon ərazisindəki 400-ə yaxın bina təhlükədədir".

Bunu Referans.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Həyacan təbili çalan ekspert sözlərinə belə davam edib:

"Nazirlər Kabinetinin 2017 - ci il aprel ayında qəbul etdiyi 84 saylı qərarı var. Bu birinci mikrarayonun yarımqəzalı hesab edilməsi, yənilənməsi ilə bağlı pilot layihədir. Gələcəkdə bu pilot layihə kimi digər mikrarayonlarda olan beşmərtəbəli binaların sökülməsində istifadə ediləcək. Birinci mikrarayonun qəzalı və yarımqəzalı evlərində yaşayan əhalisi Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Uzun çəkən yoxlamalardan sonra nazirlik rəy verdi ki, sözügedən ərazidə olan binalar yarımqəzalıdır.

Binaların altına xeyli qurunt və kanalizasiya suları axmışdı. Həmin ərazidə FHN 40-a yaxın binanı istismar müddəti bitmiş hesab edib və qismən qəzalı olması barədə rəy verib. Yəni Fövqəladə Hallar Nazirliyi öz işini bitirib işi verib Nazirlər Kabinetinə. Nazirlər Kabineti də 84 saylı qərarla sərəncam verib ki, birinci mikrarayonun həmin ərazisindəki bunalar sökülüb yenidən tikilsin. Fövqəladə Hallar Nazirliyi bu sərəncamı hələ 2017- ci ildə icra etməliydilər. Üzərindən 7 il vaxt keçib, qərar qüvvədədir, amma hələ də iş görülmür".

Ekspert deyir ki, yarımqəzalı hesab edilən binaların sökülməsi ilə bağlı iki qurum arasında ziddiyyət var:

"Səbəb budur ki, FHN həmin ərazidəki binaları tikinti şirkətləri üçün elan etməliydi, həmin şirkətlər pilot layihə olaraq söküntü işləri aparıb, yenidən inşa etməliydilər. Şirkətlər bununçün investisiya yatırmalı idilər və birinci mikrarayon belə ardıcıllıqla tam yenilənməli idi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qoyduğu normativlər tikinti şirkətlərinə sərf eləmir. Bundan əziyyət çəkən isə orada yaşayan əhalidir. Ya Arxitektura Komitəsi normativi dəyişməlidir, ya da alternativ yol tapılmalıdır. Kim kimi gözləyir bəlli deyil".

Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
referans.az

2Mənbələr