AZ

“Qarabağ”ın “Dinamo” ilə cavab oyununun hakimləri açıqlanıb

"Qarabağ" və Xorvatiyanın "Dinamo" komandaları arasında Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları bəlli olub. SİA xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Maykl Oliverə Stuart Burt və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud əyləşəcək. Hakim-inspektor Peter Sippel (Almaniya), UEFA nümayəndəsi Balaş Makray (Macarıstan) olacaq.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
15
sia.az

10Mənbələr