AZ

Qurban Yetirmişli HƏYƏCAN TƏBİLİ ÇALDI: Bakıda 8-9 ballıq ərazilərdə binalar...

"Mən bir il qabaq bu haqda fikirlərimi söyləmişəm və indi də deyirəm ki, binaların altında pozuntuların getməsi iə bağlı məqamları öyrənmək vacibdir. Gərək bina altı tədqiqat aparıb bilsən ki, nə var nə yox. Belə şeylərdən qaçmaq lazımdır". 

Bunu Referans.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bakıda yeni tikililərdə yaşayan əhalini gözləyən təhlükələrdən danışarkən qeyd edib. 

Bəs, maraqlıdır, Bakıda tikilən binaların yerləşdiyi ərazinin hansı geoloji quruluşda olması öyrənilirmi? 

Seysmoloi Xidmət Mərkəzi əhalini gözləyən təhlükələrdən qorumaq məqsədilə tikinti şirkərtləri və aidiyyatı qurumlara hansısa rəy verirmi? 

"Bakıda bu qədər bina tikilir, bunların 90 faizinin zəlzələyə davamlı olmağını əlbəttə ki, öyrənmişik.  Bəli, yeri gələndə Şəhərsalma və Arxitektura Komitəsi ilə məsləhətləşirik. Bakıdakı qəzalı vəziyyətdə olan binaların sökülməsi ilə bağlı isə sərəncam var. Eşitdiyim məlumata görə, həmin binaların yerində bağlar salınacaq. Yəni şəhər genişləndiriləcək. Bu cür tapşırıqlar var". 

Qurban Yetirmişi Bakıda 8 ballıq, həmçinin 9 ballıq ərazilərdə tikilən binaların olduğunu deyib. Müsahib hər binanın altını ayrıca öyrənməyi məsləhət bilib. Çünki bu ərazilər geoloji quruluş baxımından mürəkkəb olan ərazilər sayılır.  

Qeyd edək ki, Türkiyədəki binaların zəlzələ nəticəsindən danışan Qurban Yetirmişli Bakıda elə binaların olduğunu bildirmişdir. O  hətta, iki qanadı 8, digər bir qanadı 9 ballıq ərazidə yerləşən binaların olduğunu nəzərə çatdırmış, güclü zəlzələ zamanı 9 ballıq ərazidəki binanın dağılacağını da sözlərinə əlavə etmişdir.

Şəlalə Babayeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
6
referans.az

7Mənbələr