AZ

62 şəhid övladına məktəbli formaları hədiyə edilib

“For Azerbaijan” Xeyriyyə Təşkilatı daha bir layihəyə imza atıb. 

İqtisadiyyat.az xəbər verir ki, təşkilat özəl şirkətlərdən biri ilə növbəti sosial layihəni həyata keçirib. 

Layihə çərçivəsində 62 şəhid övladına məktəbli formaları hədiyə edilib.   

Tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsində həyata keçirilib. 

Düşərgənin bağlanış mərasimində çıxışçılar yeni təhsil ilində məktəblilərə uğurlar arzulayıblar. 

Onlar gələcəkdə bu cür təşəbbüslərə ölkəmizdə fəaliyyət göstərən şirkətlərin iştirakının vacibliyini vurğulayıblar. 

Sonda xatirə şəkili çəkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
iqtisadiyyat.az

2Mənbələr