AZ

“Ukraynanın heç bir əməliyyatı kəşfiyyat məlumatları olmadan aparılmır“ - Hərbi ekspertdən ŞƏRH

"Ukrayna ABŞ və Britaniyadan peyk məlumatları alıb.

Bununla bağlı News365.az-a fikirlərini bildirən hərbi ekspert Şair Ramaldanov bildirib ki, peykin verilməsi Ukraynanın hərbi əməliyyatlarının aparılmasında  mühüm rol oynayır.

"Bütün məlumatlar koalisiyanın, o cümlədən ABŞ-ın İngiltərənin  və digər kəşfiyyat xarakterli peyklərdən alınan məlumatlar əsasında aparılır. Kursk istiqamətində gedən bu savaşında məhz peyk vasitəsilə boşluqların kəşf edilməsi, və onlardan istifadə edib bu əməliyyatı uğurlu əməliyyat kimi həyata keçiriblər. Ona görə də bu gün Ukraynanın heç bir əməliyyatı peyk vasitəsilə verilmədən, və yaxud kəşfiyyat məlumatları olmadan aparılmır. Bu da əlbəttə Ukraynanın hərbi əməliyyatlarının aparılmasında  mühüm rol oynayır. Ona görə ki, onlar qabaqda olan cəbhəni aydın görə bilirlər. Aydın gördüyü kimi də planlamanı daha dəqiq, əməliyyatları daha səmərəli apara bilirlər"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
news365.az

1Mənbələr