AZ

Bu il Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsi 6 mlrd. dollara yaxınlaşıb

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837,895 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.2% və ya 490.3 milyon ABŞ dolları çoxdur.

Hesabat dövründə Azərbaycandan BRICS ölkələrinə ixrac 1 milyard 283,071 milyon ABŞ dolları, BRICS ölkələrindən idxal isə 4 milyard 554,824 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu dövrdə BRICS ölkələri ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 21.7%-nə bərabər olub.

Xatırladaq ki, 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin BRICS qrupunu yaradıb. Dörd il sonra Cənubi Afrika da ona qoşulduqdan sonra, təşkilat BRICS adlanmağa başlayıb. Bu ildən Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata üzv olub. Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib.

Seçilən
187
34
banker.az

10Mənbələr