AZ

Azərbaycanın elektromobil idxalına çəkdiyi xərc artır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-iyul aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 1 792 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin 7 ayında ölkənin elektromobil idxalının dəyəri 71 milyon 538 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 300 ədəd, dəyər ifadəsində isə 10 milyon 177 min dollar və ya 16,6% artıb.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 1 492 ədəd, dəyəri isə 61,4 milyon dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
banco.az

1Mənbələr