Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-iyul aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 1 792 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin 7 ayında ölkənin elektromobil idxalının dəyəri 71 milyon 538 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 300 ədəd, dəyər ifadəsində isə 10 milyon 177 min dollar və ya 16,6% artıb.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 1 492 ədəd, dəyəri isə 61,4 milyon dollar təşkil edib.