AZ

Milli Birlik partiyası NFP hökumətinin təyinatını bloklayacaq

Milli

Paris, 26 avqust, AZƏRTAC

Baş nazir axtarışında olan Emmanuel. Makron bu gün Milli Assambleyanın sədri Yael Braun-Pive ilə danışıqlardan sonra Milli Birlik (RN) partiyasının rəhbərləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, E. Makron avqustun 26-da Milli Birlik fraksiyasının rəhbəri Marin Le Pen və gələcək hökumətlə bağlı strategiyaları barədə indiyədək təmkinli olan partiya rəhbəri Jordan Bardellanı qəbul edib. Görüşdən sonra onlar bildiriblər ki, RN partiyası solçu Yeni Xalq Cəbhəsi (NFP) hökumətinin təyinatını bloklayacaq.

RN rəhbərlərindən sonra onların müttəfiqi E. Çiotti ilə də görüş olub. Günün sonuna doğru isə Senatın sədri Jerar Larşe ilə məsləhətləşmə keçiriləcək.

E. Makron solçularla artıq ötən həftə görüşmüşdü. Görüşdən sonra solçular onların namizədi Lüsi Kastetsin namizədliyinə heç bir mane olmadığını bildirmişdilər.

Bu gün axşam Fransanın yeni Baş nazirinin təyinatı gözlənilir. Fransa siyasətçiləri NFP partiyasının son dərəcə sosialist yönümlü proqramının problem olduğunu bildirirlər. NFP proqramının ölkə üçün təhlükə doğurduğu vurğulanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
azertag.az

2Mənbələr