AZ

Xeyirxahlıq və humanizmin simvolu - Mehriban xanım Əliyeva ŞƏRH

Milyonlarla insanın məhəbbətini qazanan, ümid və pənah yerinə çevrilən, qayğı, ehtiram, alicənablıq, təvazökarlıq kimi keyfiyyətləri ilə zirvələrə ucalan Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi, mədəni həyatında müstəsna rol oynayaraq, özü ilə Onu sevənlər arasında mənəvi körpü salıb. Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin çətin və taleyüklü sınaqlarından çıxaraq, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan dövləti yüksəliş dövrünü yaşayir. Azərbaycanın ictimai-siyasi həyatındakı uğurlarından, dünyanın nüfuzlu dövlətləri sırasında etimad və nüfuza sahib olmasından danışarkən bu uğurlara töhfəsini verən Mehriban xanım Əliyevanın fəaliyyətini də vurğulamaq vacib məqamlardandır. O, Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında möhtəşəm layihələri uğurla həyata keçirib. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələri yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. Fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olmaq həssas münasibətin, qayğıkeş qəlbin göstəricisidir.

Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "Birinci Xanım" statusunu, məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmiş oldu. Belə ki, 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin təzahürüdür. "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam", - deyə Mehriban Əliyeva bildirmişdir. Fəaliyyəti dövründə bunu sübuta yetirdi.

Mehriban xanım Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi illərdə də əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərdi. "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz" – deyən Mehriban Əliyeva sübut etdi ki, zəhmət, prinsipallıq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur. Ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etdi. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, "…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər".

Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. O, bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.

Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir. Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən quruldu. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaradılıb, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemlər aradan qaldırılıb. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" və digər proqramlar təhsilin inkişafında mühüm rola malikdir. Statistik rəqəmlərə istinadən deyə bilərik ki, "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib. Fondun "Təhsilə dəstək" proqramı çərçivəsində isə tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Təhsilə dəstək" layihəsi çərçivəsində Azərbaycandan kənarda belə, bu humanizm prinsiplərinə əsaslanan layihələr reallaşdırılır.

Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər Fondun qeyri-hökumət təşkilatı olaraq həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir.

Qloballaşma prosesində Azərbaycan mədəniyyətinə xüsusi diqqət ayrılaraq, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər də diqqətdən kənarda deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini, düşmənin dinc sakinləri hədəf alan hücumlarını beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində öz sözünü deyərək, vətəndaşlıq mövqeyini nümayiş etdirdi. Müharibədən sonrakı mərhələdə də Mehriban xanım Əliyevanın dövlət başçısı ilə birlikdə işğaldan azad olunan ərazilərə səfər etmişdir və bu gün də belədir. İşğaldan azad olunan ərazilərdəki erməni vandallıqları onu dəhşətə gətirmiş və sonradan öz paylaşımlarında bunu ictimaiyyətin diqqətinə çatdırmışdır. Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək, işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işlərində Mehriban xanım Əliyevanın da həyata keçidiyi layihələr töhfəsini verməkdədir. Artıq bu işlərin ilkin addımlarını və reallaşan layihələri görürük.

Azərbaycanın Birinci xanımı Heydər Əliyev ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
sesqazeti.az

1Mənbələr