AZ

Dövlət Turizm Agentliyi COP29-da iştirak edəcək qonaqlar üçün tanıtım səfərləri təşkil edəcək

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək qonaqlar üçün tanıtım səfərləri təşkil ediləcək.

BAKU.WS xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi (DTA) hazırlıqlara başlayıb.

Məlumata görə, qonaqların Bakı və rayonlarda muzeylərə, teatr, opera, qalereya, ekoparklara ziyarəti planlaşıdırılır. Bundan başqa, qonaqların şərab zavoduna səyahəti və Azərbaycan şərabının dequstasiyası təşkil ediləcək. Bununla bağlı DTA müsabiqə keçirir və sentyabrın 16-da təşkilatçı şirkətin müəyyən edilməsi gözlənilir. Görüləcək işlərin dəyəri 159,418 min manat təşkil edəcəyi ehtimal olunur.

Xatırladaq ki, COP29 bu il noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakı şəhərində keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
4
baku.ws

5Mənbələr