AZ

DEPUTATLIĞA NAMİZƏD PREZİDENTƏ MÜRACİƏT ETDİ!!! “Mənə təzyiq edirlər“

Çox böyük ictimai xadim və alim, dövləti canından əziz bilən, heç vaxt rüşvətə bulaşmayan, haram çörək yeməyən Ramin Alizade (Ramin Əlizadə) 125 saylı Zəngilan -Qubadlı dairəsindən deputatlığa namizədə  təzyiq edirlər.

Dünən ərazidən deputatlığa namizədin biri- Nasiman Yaqublu müəmmalı şəkildə qəzaya uğrayandan sonra, indi də Ramin Əlizadəyə təzyiq olunur.  Dairənin icra hakimiyyətinin nümayəndələri namizədin iş yerinə qədər gəliblər ki," namizədliyini geri götür. Bizim namizədimiz YAP-dan İmamverdi İsmayılovdur, o artıq seçilib.

". Belə bir söhbəti edənlər niyə cənab prezidentin imicinə və ölkəmizə ziyan vururlar? Axı bu dövləti niyə rəzil edirsiniz?  İmkan verin demokratik seçki keçirək."

Cənab Prezidentimiz Ilham Aliyev!

Mən, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Ramin Əlizadənin vətəndaşlarımızla görüşləri uğurla keçirilir, lakin, seçki kampaniyası ərəfəsində olduğu kimi yenə zəng olunur və təzyiq olunur ki, namizədliyimi geri götürüm. Cənab Prezident, icra strukturlarında çalışan yüksək vəzifəli şəxslər, atamı və məni görüşlərə çağırıb, bizə İmamverdi İsmayılovun "yuxarı"dan artıq deputat kimi təyin olunduğunu deyirlər, bizə və yaxın qohumlarıma hədə-qorxu gəlirlər. Cənab Prezident, xahiş edirəm bu şəxslər cəzasız qalmasınlar. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin əhatə etdiyi Zəngilan və Qubadlı rayonlarının məsul qurumlarında nə baş verir? Niyə bütün icra strukturları var gücü ilə əvvəlki deputatın, yəni İmamverdi İsmayılovun fəal təbliğatını aparır? Cənab prezident, Sizdən xahiş edirəm bu qanunsuz əməlləri törədən şəxslər cəzasız qalmasınlar. Dünən hörmətli ziyalımız, bu dairədən deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzasında həlak olub, bu gün mənə saat 15:45-15:55 zəng olunur və təzyiq göstərilir ki, YAP-ın irəli sürdüyü namizədə görə öz namizədliyimi geri götürüm. Hörmətli Cənab Prezident Ilham Aliyev, hörmətli Xanım Mehriban Əliyeva xahiş edirəm, mənim deputatlığım qeydə alınan dairədən namizəd Nəsiman Yaqublunun dünən faciəli şəkildə vəfat etməsindən sonra, mən, öz həyatım üçün ciddi təhlükənin olduğunu görürəm və mənə zəng edən şəxsin rəsmi şəxs olduğunu, namizədliyimi geri götürməyim üçün təkidli fikirlər səsləndirməsini təzyiq vasitəsi olduğunu nəzərə alaraq təhlükəsizliyimin təmin olunmasına köməklik göstərməyinizi, bu rayonlarda rəsmi qurumların özbaşınalıqlarına son qoyulması barədə tapşırıq verməyinizi xahiş edirəm. 

Ramin Əlizadə

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Ramin Əlizadə, tarixçi alim, türk dünyasının ən dərin gənc bilgəsi.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
news365.az

10Mənbələr