AZ

Holandın het-triki kimi bezdirib?

Erlinq Holand het-trikləri komanda yoldaşlarından birini bezdirib.

İdman.biz xəbər verir ki, adı bilinməyən futbolçu zarafatla bunu norveçli forvarda hədiyyə edilən topun üstünə yazıb.

"Mançester Siti"nin hücumçusu "İpsviç"lə (4:1) görüşdə 3 dəfə rəqib qapıçını məyus edib. Bu, onun İngiltərə Premyer Liqasında 7-ci het-triki olub. Ueyn Runiyə çatan Holand Tyerri Anri (8) və Serxio Aquerodan (12) geri qalır.

Qeyd edək ki, "İpsviç"lə oyundan sonra komanda yoldaşları Erlinqə imzalanmış top hədiyyə ediblər.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
idman.biz

1Mənbələr