AZ

Bölgələrdə narkotik ovu DAVAM EDİR VİDEO

Narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanıb.

Xezerxeber.az xəbər verir ki, əməliyyatı Lerik polisi keçirib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 25 yaşlı Vüsal Abdullazadə şübhəli kimi  saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 50 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla onun  narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi, maddi qazanc və narkotik vasitə müqabilində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Məhkəmənin qərarı ilə Vüsal Abdullazadə barəsində həbs qətimkan tədbiri seçilib. 

Qusar polisi isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxsləri saxlayıb.

Tədbirlərlə rayon sakinləri Mübariz Mikayılov, Tofik Aslanov və Bəhruz Hacıbalayev şübhəli kimi  saxlanılıblar. Xüsusi qulluq edilərək yetişdirdikləri 91 ədəd çətənə kolu və marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Mübariz Mikayılov və Tofiq Aslanovun barəsində həbs, Bəhruz Hacıbalayevin barəsində isə digər növdən olan qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
xezerxeber.az

1Mənbələr