AZ

Deputatlığa namizəd Nigar Ələsgərova Qubadlı və Zəngilan rayonlarına səfər edib-VİDEO

125 saylı Zəngilan – Qubadlı Seçki Dairəsi üzrə deputatlığa namizəd Nigar Ələsgərova avqustun 22-də ata-baba ocağı Qubadlıda olub, Aşağı Mollu kəndində xalq qəhrəmanı Qaçaq Nəbi və Qaçaq Həcərin məzarını ziyarət edib.

Sonra deputatlığa namizədin Zəngilan rayonunun Ağalı kəndində qadın seçicilərlə görüşü olub. Kənd sakinləri tərəfindən böyük sevgi ilə qarşılanan gənc namizəd əvvəlcə öz tərcümeyi-halı və seçkiqabağı palforması barədə məlumat verib, daha sonra onları narahat edən məsələlərlə maraqlanıb.

Ağalı sakinləri dövlətin onlara yaratdığı şəraitdən razılıqlarını ifadə edib, eyni zamanda həllini gözləyən məsələlərdən də danışıblar.

Seçicilərin dilə gətirdiyi problemlərlə tanış olduğunu qeyd edən N.Ələsgərova onların bir çoxunun aradan qaldırılması istiqamətində xüsusi təşəbbüslərinin olacağını bildirib. Diqqətə çatdırıb ki, bölgənin hərtərəfli inkişafına dəstək olmaq, sakinlərin rifahını daha da yaxşılaşdırmaq üçün sahibkarların iştirakı ilə Fond təsis olunacaq, əhalinin, xüsusilə gənc nəslin daimi işlə təmin olunması üçün həm dövlət qurumları, həm də özəl sektorla sıx əməkdaşlıq edəcək. Namizəd seçiciləri əmin edib ki, bölgənin inkişaf etdirilməsi üçün müxtəlif səpkili iqtisadi və sosial layihələr reallaşdıracaq, biznes qabiliyyəti olan seçiciləri üçün fürsətlər yaradacaq, qayıdışla bağlı mövcud narahatçılıqlar öyrəniləcək, problemlərin həlli istiqamətində müvafiq addımlar atılacaq.

Daha sonra Ağalı kəndində ailələrə tanışlıq ziyarəti olub.

Qeyd edək ki, Ağalıda seçicilərə namizədin tərcümeyi-halı və plaformasının əks olunduğu təşviqat materialları paylanılıb.

Nigar Ələsgərovanın tərcümyei halı: https://nigaralasgarova.az/tercumeyi-hal/

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
tribunainfo.az

2Mənbələr