AZ

Çətiri ilə qatar yolunda yuxuya getdi - VİDEO

Hindistanda kişi qatar relslərinin üzərində yuxuya gedib.

Ölkə.Az İHA-ya istinadla xəbər verir ki, hadisə Uttar Pradeş əyalətinin Prayaqrac şəhərində baş verib.
Belə ki, bir nəfər çətiri ilə relslərin üzərində yuxuya gedib. Dəmir yolu üzərində uzanan adamı görən mühəndis qatarı saxlayıb. Maşinist qatardan düşərək yatan adamı oyadıb və daha sonra yoluna davam edib.

Beləliklə baş verə biləcək faciənin qarşısı alınıb.

Kişinin hansı səbəbdən relslərin üzərində yatdığı hələ məlum olmasa da, sosial şəbəkə istifadəçiləri onun sərxoş olduğu versiyasını irəli sürüb.

Billurə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
4
olke.az

5Mənbələr