AZ

"Neftçi"yə keçəcəyi gözlənilən forvard Qazaxıstan klubundan ayrıldı - FOTO

"Neftçi"nin növbəti transferinin Dembo Darbo olacağı gözlənilir.

Sportal.az xəbər verir ki, forvard "Ordabası"dan ayrılıb.

O, mart ayında "Əl-Nəsr"dən "Ordabası"ya icarəyə verilmişdi.

Darbonun ayrılığı haqda Qazaxıstan klubunu rəsmi saytı məlumat yayıb:

"Təşəkkür edirik, Darbo!Dembo Darbonun müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib. Klubun əsas vəzifələrindən biri maaşların tənzimlənməsi olduğu üçün qambiyalı hücumçu ilə müqaviləyə təzminat ödənilmədən xitam verilib”.Qambiyalı hücumçunun “Ordabası” ilə müqavilə müddəti 2024-cü il dekabrın 31-nə qədər idi. O, 2025-ci il iyunun 30-na qədər “Əl-Nəsr”(Dubay) klubuna məxsusdur.

Mirbağırağa

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
sportal.az

1Mənbələr