Nəsimi rayon icra hakimiyyətinə hazırda Naftalanın icra başçısı olan Vüqar Novruzovun təyin olunacağı bildirilir. Bu barədə Yenisabah saytı məlumat yayıb.
Bildirilib ki, bu təyinat sentyabrın 1-nə təyin olunan seçkilərdən sonra təsdiq ediləcək.
Hazırda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.
Asif Əsgərov sentyabrın 1-də növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak edir.
www.anews.az