AZ

"Özbaşına ağrıkəsicilərdən istifadəyə rast gəlinir" - QURUM RƏSMİSİ DANIŞDI

“Çox təəssüflər olsun ki, insanlar arasında özbaşına ağrıkəsicilərdən istifadəyə rast gəlinir və hər hansı bir ağrılar olduqda dərhal ağrıkəsiciyə müraciət edirlər. Bunu unutmaq lazım deyil ki, ağrı bədənimizin bir siqnal reaksiyasıdır, yəni bədəndə bəzi şeylərin doğru olmadığını göstərir və ona görə bədəndə ağrı varsa, mütləq şəkildə həkimə müraciət etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O bildirib ki, təkrarlanan ağrılar bizim üçün ciddi xəstəliklərin əlamətləri ola bilər: “Ara-sıra baş ağrısı varsa, həftədə bir dəfə, ayda bir dəfə baş ağrısı və ya diş ağrısı olursa o zaman ağrıkəsicilərdən istifadə etmək olar, amma dediyimiz kimi bunun nəzarətsiz olaraq istifadə olunması tövsiyə olunmur: “Çünki ağrıkəsicilər bir sıra xəstəliklərə gətirib çıxara bilər.
İnsanlar hər hansı ağrıları olduqda dərhal ağrıkəsici istifadəsindən çox, mütləq həkimə müraciət etməlidir və səbəb araşdırılmalıdır. Bəzən, aclığa bağlı baş ağrısı olan insanlarda və ya yorğunluq, yuxusuzluğa bağlı baş ağrısı ola bilər. Bu zaman səbəb aradan qaldırıldıqdan sonra ağrılarda aradan qalxmış olur. Ona görə bir insanda ağrı varsa, mütləq səbəbi araşdırmalıdır. Dediyimiz kimi təkrarlanan ağrılar varsa, mütləq şəkildə həkimə müraciət olunması tövsiyə olunur”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
7
sia.az

10Mənbələr