AZ

Yaşmada dəniz sahilindən 16 kiloqram narkotik tapıldı - FOTO

Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində dəniz kənarında bağlama aşkar edilib.

Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 25 qram narkotik vasitə (10 kq 810 qram heroin, 5 kq 215 qram metamfetamin) aşkar olunaraq götürülüb.

Ehtimal olunur ki, aşkar olunmuş narkotik vasitə 25 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup tərəfindən dənizə atılmış bağlamadır.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

 

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
avtosfer.az

10Mənbələr