AZ

Zaur Mikayılov “işdən çıxardığı” qudalarını Göyçayda rəsmi tədbirə niyə aparıb? – FOTO

Hələ bir qədər əvvəl xəbər yayılmışdı ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov öz qudalarına vəzifə verib. JAMAZ.İNFO xəbər verir ki, onlardan biri Əsəd Şirinov, digəri isə Fuad Quliyev idi.
Lakin məsələ xeyli müzakirə olunduqdan sonra Mikayılovun rəhbəri olduğu qurum açıqlama vermişdi ki, hər iki quad istefa verərək, vəzifələrindən gedib. Hətta sözügedən qurumun rəsmi saytından da qudaların adlarının silindiyi vurğulanırdı.
Amma bu yaxınlarda məlum olub ki, həmin məlumatın heç bir əsası yoxdur. Belə ki, Zaur Mikayılov bu yaxınlarda Göyçaya səfər edərkən elə vəzifəyə təyin etdiyi qudalarını da özü ilə aparıbmış. Yayılan fotoşəkildən belə məlum olub ki, Əsəd Şirinov və Fuad Quliyev işdən çıxarılmayıb, onlar hələ də öz yerlərindədir.
Görünür, Mikayılov ictimai qınağı nəzərə alaraq, bir müddətliyinə qudalarını qorumaq qərarına gəlib. Onların adlarını rəsmi saytdan çıxarmaqla bu qorumanı daha inandırıcı edə biləcəyini düşünüb. Lakin Göyçay səfərində keçmişdəki məsələni unutduğundan, sirri faş edib.
Bəs, Zaur Mikayılov indi hansı açıqlamanı verəcək? Nəyə əsaslanaraq, qudalarına vəzifə verdiyini, bir müddət əvvəl işdən çıxardığını dediyi yaxınlarını özü ilə Göyçaya niyə apardığını necə əsaslandıracaq? Gözləyək, görək…

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
jamaz.info

1Mənbələr