AZ

11 saylı Binəqədi-Qaradağ seçki dairəsində keçirilən sorğu deputatlığa namizəd Səbinə Xasayevanın tam üstünlüyünü göstərdi



aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinədə formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 64,7%-ni kişilər, 35,3%-ni isə qadınlar təşkil edib. Respondentlərin 16,6%-i 18-29 yaş, 34,4%-i 30-39, 20,8%-i 40-49, 17,8%-i 50-59 yaş, 10,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 30,5%-i ali təhsilli, 32,3%-i orta təhsilli, 27,7%-i orta ixtisas təhsilli, 6,2%-i natamam ali təhsilli, 2,3%-i isə tam orta təhsili olmayanlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin 68,7 faizi VI çağırış Milli Məclisin deputatı Səbinə Xasayevanı yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər həm də xüsusi olaraq qeyd etmişlər ki, Səbinə Xasayeva VI çağırış Milli Məclisin deputatı kimi gördüyü işlər rayon sakinləri tərəfindən çox yüksək dəyərləndirilir.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 56,3%-i Səbinə Xasayevanın, 26.7%-i digər namizədlərin adını çəkmiş, 13,4 faiz seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 3,6%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 11 saylı Binəqədi-Qaradağ seçki dairəsində deputatlığa namizəd Səbinə Xasayevanın ictimai rəydə açıq-aşkar üstünlük təşkil etdiyini göstərir. Əlbəttə ki, əməkdaşlarımızın keçirdikləri rəy sorğusunun nəticələri barədə hesabat xarakterli materialı əslində burada da tamamlamalı idik. Lakin qərara gəldik ki, illər boyu formalaşmış sxemə bu dəfə bir yenilik gətirək. Bu məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:

Dursun Babayev: Ay qızım, mənim yaralı yerim şəhid ailələridi, qazilərimizdi. Düzdü, dövlətimiz sağ olsun, onları diqqətsiz qoymur. Amma bu insanlara hamı qayğı göstərməlidir. Xüsusən də deputatlar. Gəlməlidirlər, getməlidirlər, gözləməməlidirlər ki, onlara müraciət etsinlər. Özləri maraqlanmalıdırlar. Bax bizim deputatı,Səbinə Xasayevanı deyirəm də, ona görə gözüyumulu səs verəcəyəm. Çünki bu xanım qadınlığı ilə şəhid ailələrini hər zaman ziyarət edir, qazilərlə maraqlanır, hər cür köməklik göstərir. Bu çox vacib şərtdir. Digərləri də gərək bunu həmişə nəzərdə saxlasınlar...



Seçilən
154
50
aia.az

10Mənbələr