AZ

Bu vərdiş insanı bədbəxt edir

Məlum olub ki, hansı vərdiş insanı bədbəxt edir və hirsləndirir. 

“Cebheinfo.az” xəbər verir ki, bunu 28 ölkədə aparılan 154 tədqiqatın nəticələri sübut edir.

Bir insanın emosional vəziyyətinə yuxu və istirahətin keyfiyyəti təsir göstərir. Əgər siz müntəzəm olaraq orqanizmin ehtiyaclarına məhəl qoymursunuzsa və özünüzü düzgün yuxudan məhrum edərək gec yuxuya gedirsinizsə, zaman keçdikcə insan daha əsəbi, bədbəxt və qəzəbli olacaq.

“Bunu 1966-2022-ci illər arasında 28 ölkədə aparılan 154 yuxu tədqiqatının nəticələri sübut edir. Məlum olub ki, əgər siz adi haldan cəmi bir və ya iki saat az yatsanız, orqanizm bunu stresli vəziyyət kimi qəbul edəcək. Nəticədə müsbət emosiyaların miqdarı - sevinc, xoşbəxtlik və məmnunluq  azalacaq və narahatlıq əlamətləri də yaranacaq. Bura sürətli ürək döyüntüsü və artan narahatlıq daxildir”, -deyə “Doctor's Notes” “Telegram” kanalı yazır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
39
cebheinfo.az

10Mənbələr