AZ

Mərkəzi Bankda - YENİ TƏYİNAT

Ayaz Mirzəzadə Azərbaycan Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin direktoru vəzifəsinə təyin edilib.

FED.az xəbər verir ki, Ayaz Mirzəzadə bu təyinata qədər 2022-ci ilin oktyabr ayından yerli xammala əsaslanan 1,7 milyard manatlıq dəyərindəki dəmir filizi yataqlarının istismarı və istehsal zəncirinin qurulması layihəsinin – dövlət şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC-nin Hüquq və komplayns şöbəsinə rəhbərlik edib.

Ayaz Mirzəzadə 2012-ci ildən Bakı şəhəri Səbail Rayon Məhkəməsində, “Rabitəbank” ASC-də və “TuranBank” ASC-də ixtisası üzrə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 2018-2022-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) “Aztelekom” MMC-nin Hüquq departamentinə, 2022-ci ildə eyni zamanda həmin Nazirliyin “Bakı Telefon Rabitəsi (Baktelecom)” MMC-nin Hüquq şöbəsinə rəhbərlik edib.

Ayaz Mirzəzadə Qafqaz Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb. (Banker.az)

Seçilən
100
3
fed.az

4Mənbələr