AZ

Nəsiman Yaqublunun adı bülletendən necə çıxarılacaq? - MSK qərar qəbul edəcək

Avqustun 25-də seçicilərlə görüşdən sonra Bakıya qayıdarkən yol qəzasında həyatını itirən tarixçi-professor Nəsiman Yaqublu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd idi. Onun namizədliyi Müsavat Partiyası tərəfindən 125 saylı Zəngilan - Qubadlı seçki dairəsindən irəli sürülmüşdü.

 

Növbədənkənar parlament seçkilərində istifadə ediləcək bülletenlər artıq çap edilib. Belə olan halda Nəsiman Yaqublunun adı seçki büllütenindən necə çıxarılacaq?

 

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) bu gün Nəsiman Yaqublu haqqında məsələni müzakirə edəcək. 

 

İclasda Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası ilə bağlı qərar qəbul olunacaq.

 

Seçki Məcəlləsinin 99.10-cu maddəsinə görə, seçki bülletenləri hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və ya onların qeydiyyatı ləğv edildikdə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə dairə və ya məntəqə seçki komissiyaları seçki bülletenlərindən belə namizədlər və ya siyasi partiyalar, siyasi partiyaların blokları barədə məlumatları, çap olunmuş seçki bülletenində qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku haqqında məlumata əlavə və ya dəyişikliklər haqqında  müvafiq məlumatları məntəqə seçki komissiyasının məlumat lövhəsində yerləşdirir.

 

Əvvəlki illərdə seçki bülletenlərində adları çıxarılan namizədlərin adının üzərindən xətt çəkilməsi praktikasından da istifadə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
modern.az

1Mənbələr