AZ

İranın Ali Rəhbəri Durovun saxlanılmasına münasibət bildirib

Bakı. Trend:

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei “Telegram”messencerinin qurucusu Pavel Durovun saxlanılmasına münasibətbildirib.

Trend İran KİV-lərinəistinadən xəbər verir ki, o, bu barədə yeni kabinetin üzvləri iləgörüşü zamanı danışıb.

“Kiberməkanda hər yerdə idarəetmə var. Gördüyünüz kimi, PavelDurovu Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər. Bu daonların qaydalarını pozduğunu göstərir", - Xamenei əlavə edib.

Qeyd edək ki, İranda altı ildən çoxdur "Telegram"ın fəaliyyətiqadağan edilib.

Xatırladaq ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O,narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirklipulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittihamolunur.

Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqıüzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakitqalır? Aİ hələ də açıqlama verməyib.

Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal başversəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutuqalmamışdı.

Bəli, "Telegram"da bır sıra məqamlar narahatedicidir. Amma insanhüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayətolunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ənazından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayişetdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və yadigər hadisəyə demokratiya və insan hüquqları kontekstindəmünasibət bildirməkdə haqsız sayılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
45
az.trend.az

10Mənbələr