AZ

Almaniya universitetinin tələbələri Samur-Yalama Milli Parkında olublar

Bakı, 27 avqust, AZƏRTAC

Almaniyanın Gissen şəhərindəki Yustus Libix Universitetinin Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda təcrübə keçən tələbələri Florian Behrens və Gülay Göktaş müəssisələr arasında bağlanmış əməkdaşlıq çərçivəsində Samur-Yalama Milli Parkına səfər ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, icraçı direktor Zaur İmrani və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin əməkdaşı Bəyimxanım Hüseynovanın müşayiətilə baş tutan səfər zamanı tələbələr Samur-Yalama Milli Parkının yaranma tarixi, geoturizm imkanları, turizm potensialı və infrastrukturu barədə geniş məlumat alıblar.

Tələbələr, həmçinin adları çəkilən müşayiətçilərin iştirakı ilə Lənkəran zonasında yerləşən Hirkan Milli Parkı, Xanbulançay su anbarı, Bəlləbur qalası, Yanar bulaq, Lənkəran Tarix-Diyarşünaslıq muzeyi və digər ərazilərdə olublar. Ekskursiya ərzində tələbələr olduqları ərazilərin tarixi və ekoturizm potensialı haqqında məlumatlandırılıb, onları maraqlandıran suallara ətraflı cavablar verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
azertag.az

2Mənbələr