AZ

Azərbaycanın 3 idmançısı 4 illik cəzalandırıldı

Azərbaycanın 3 idmançısı cəzalandırılıb.

Prosport.Az AMADA-nın saytına istinadən xəbər verir ki, dopinq tərkibli maddələrdən istifadən edən idmançılardan 1-i kikboksçu, 2-si boksçudur.

DİN İdman Cəmiyyətinin kikboksçusu olan Elşən Qəniyev 4 illik cəzalandırılıb. Onun cəzası 2027-ci ilin 24 oktyabrında başa çatacaq.

Boksçular – Nihat Abdullayev və Elnur Süleymanov da 4 illik cəza alıb. Onlar müvafiq olaraq 2028-ci ilin 28 yanvarında və 14 martında cəzalarını başa vurmuş olacaq.

Qeyd edək ki, "Qızıl əlcək" İdman Klubunun idmançısı olan Nihat Abdullayev ötən ilin dekabrında 54 kq çəki dərəcəsində Azərbaycan 3-cüsü olmuşdu. "Neftçi" İdman Klubunun boksçusu olan Elnur Süleymanov isə 75 kq-da ölkə çempionatının bürünc medalı ilə kifayətlənmişdi. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
prosport.az

1Mənbələr