AZ

Narkoşəbəkənin 5 üzvü tutuldu

Bakı. Trend:

Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotikvasitələrin satışı və dövriyyəsi ilə məşğul olan mütəşəkkildəstənin üzvlərinə qarşı əməliyyatlar keçirilib. Tədbirlərləəvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuşlar RuslanAzadzadə, Röyal Feyzullayev, Zaur Abdullayev, Fərid Rəcəbov vəMahir Əliyev saxlanılıblar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumatverilib.

Bildirilib ki, onlardan ümumilikdə 28 kiloqram narkotik vasitə,o cümlədən, 15 kiloqram heroin, 6 kiloqram tiryək və 7 kiloqramtərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuanaaşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqlaaraşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilənməkandan götürərək, satışını həyata keçirməyi və maddi qazancmüqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri iləcinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmətərəfindən həbs qətimkan qərarı verilib.

R.Azadzadə, R.Feyzullayev, Z.Abdullayev, F.Rəcəbov və M.Əliyevindaxil olduqları mütəşəkkil dəstənin digər üzvlərinin dəsaxlanılması istiqamətində əməliyyat tədbirləri davametdirilir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
19
az.trend.az

10Mənbələr