AZ

Süni qiymət artımlarının qarşısını almaq Agentliyin vəzifə öhdəlikləri olacaq



Dəfələrlə publik olaraq çıxışlarımda səsləndirdiyim fikirlərimdən biri də nəhayət reallaşdı. (Sonuncu dəfə bu fikri 11 iyulda yazmışdım)
Beləki, dəfələrlə publik olaraq çıxışlarımda rəqabət mühitinin qorunması və ən əsası da təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətlərinin artırılmasını və müstəqil qurum kimi formalaşdırılması təklif etmişdim. (Şəkil bir hissədir. Tam linki şərh bölməsinə yerləşdirəcəm)
Çünki, hazırkı səlahiyyətləri daxilində bu problemləri təkbaşına həll etməsi çətin idi. Odur ki, rəqabət mühitinin qorunması və ən əsası da təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün Rəqabət Orqanına daha yüksək səlahiyyətlər verilməli idi.
Və budur ölkə başçısı həmin qurumun əsasında birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaratdı.
Sözsüz ki, bu qurum işi o qədər də asan olmayacaq. Çünki yuxarıda qeyd etdiyim kimi ölkədə rəqabət mühitini formalaşdırmaq və dayanıqlı saxlamaq üçün böyük güc və əzm lazım gələcəkdir.
Süni qiymət artımlarının qarşısını almaq, haqsız rəqabəti və ədalətsiz bazar şərtlərini aradan qaldırmaq, idxal “monopoliyası” ilə mübarizə aparmaq, manipulyasiyaların və spekulyasiyaların qarşısını almaq və 10-larla digər böyük işlər görmək məhz bu yeni Agentliyin vəzifə öhdəlikləri olacaqdır.
Bu çətin, lakin ölkə iqtisadiyyatı və zəngirin son həlqəsi olan sıravi ölkə vətəndaşı üçün son dərəcə vacib olan bu işində yeni Agentliyə uğurlar arzulayıram!
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
newscenter.az

2Mənbələr