AZ

Ukraynada muzdlu ABŞ əsgərləri – Kreml hansı reaksiyanı verəcək? – VİDEO

“Rəsmi müharibə elan edilmədən Qərb hərbi texnikalarının əraziyə gətirilməsi düzgün deyildi”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya ilə müharibədə Ukrayna tərəfində vuruşan muzdlu ABŞ əsgərlərinin nəzarətə götürdüyü ərazilərdə Amerika bayrağı qaldırmasına Kremlin verəcəyi reaksiyadan və baş verə biləcək proseslərdən danışan politoloq Aydın Quliyev deyib.


Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna müharibəsi nəyin düz, nəyin əyri olduğunu müəyyənləşdirməyin praktiki cəhətdən mümkünsüz olduğu həddə çatıb.

“Bu zamana qədər elə bir əyri yol tutulub ki, proseslərin indiki mərhələsində düz yol axtarmaq yersizdir. İlk olaraq Rusiyanın Ukraynaya müdaxilə yanlış addım idi. Eyni zamanda, Ukraynanın da rus provaslav kilsəsini ləğv etməsi, heç bir rəsmi müharibə elan edilmədən Qərb hərbi texnikalarının əraziyə gətirilməsi də düzgün deyildi”, – deyə o, bildirib.

Ətraflı videonu təqdim edirik:

Nəsimi Ələsgərli
Samir Məcidov

Məsimə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
yenicag.az

1Mənbələr