AZ

Qəzadan 20 dəqiqə əvvəl... - Nəsiman Yaqublunun ölümü ilə bağlı ilginc detallar

Nəsiman Yaqublu Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi idi. Aktiv seçki kampaniyası aparırdı, deputat olmaq üçün ciddi şansları vardı. Kifayət qədər sürücülük təcrübəsi vardı deyə hadisə zamanı sükan arxasında özü olub. Zəngilanda doğulub-böyüyüb, ərazini yaxşı tanıyır, orada azmaq ehtimalı da istisnadır. Yaxınlarından aldığım məlumata görə, dostlara əziyyət verməmək üçün kiminsə onu müşayiət etməsini istəməyib və yola tək çıxıb.

Bu barədə Teleqraf.com-a Müsavatın Məclis sədri Arif Hacılı bildirib.

Qəzanın detallarından danışan Arif Hacılı daha sonra deyib: “Nəsiman Yaqublu 4 saat ərzində Zəngilanda olub, seçicilərlə görüşüb. Qəzadan 20 dəqiqə əvvəl son danışığında artıq yolda olduğunu və Sabirabad rayonunda olan zəngilanlı seçicilərlə görüşmək niyyətilə həmin rayona getdiyini deyib. Qəza işıqlı havada olub, ərazidə döngə də yoxdur. Hüquq-mühafizə orqanları araşdırmadan sonra yəqin bütün suallara cavab verəcək”.

Arif Hacılı vurğulayıb ki, qəza Cəbrayıl və Füzulinin sərhədinə yaxın ərazidə baş verib, yaxınlıqda kamera nəzarəti yoxdur.

Müsavat yetkilisinin sözlərinə görə, Nəsiman Yaqublu qəza yerindən xəstəxanaya 1 saat 20 dəqiqə ərzində çatdırılıb: “Halbuki xəstəxanaya olan məsafə daha qısadır. Ləngimənin səbəbini bilmirik”.

Arif Hacılı qeyd edib ki, Nəsiman Yaqublu Cümhuriyyət dövrünün görkəmli tədqiqatçısı, arxiv sənədlərini araşdıran dəyərli alimdir: “Son qurultayda partiyanın Divan üzvlüyünə namizədliyini verməmişdi. Müsavatın qərargahında ayrıca otağı vardı, gəlib öz əsərləri üzərində çalışırdı. Yorulmaz, çalışqan adam idi. Çoxsaylı kitabların müəllifi olsa da, hələ tədqiq olunmamış çox sahələr var. Təəssüf ki, tədqiqatları yarımçıq qaldı”.

Seçilən
91
48
turkustan.az

10Mənbələr