AZ

WADA CAS-a şikayət edəcək

Ümumdünya Antidopinq Agentliyi (WADA) bu ilin martında iki dopinq-testi müsbət nəticələnən italiyalı tennisçi Yannik Sinnerin cəzalandırılmamasıyla bağlı qərardan İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verməyin mümkünlüyünü nəzərdən keçirir.

Bir müddət əvvəl müstəqil tribunal klostebol adlı yasaq maddənin dünyanın birinci raketkasının orqanizminə fitnes üzrə məşqçisinin aldığı anabolik vasitəsi ilə düşdüyünə qərar verib. Sinnerin fizioterapevti həmin dərmandan tennisçinin barmağındakı yaranı müalicə etmək üçün yararlanıb. O da bildirilir ki, həkim tennisçini əlcəksiz müalicə edib.

Dopinqlə bağlı işdə bəraət qazanmasına baxmayaraq, Sinner martın 6-17-si aralığında İndian-Uellsdə (ABŞ) keçirilən “Masters” seriyalı turnirdə qazandığı mükafatdan və reytinq xallarından məhrum olunacaq. Mükafat məbləği 325 min dollar idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
football-plus.az

1Mənbələr