AZ

Şimali koreyalı idmançılar Paris Olimpiadasında güldükləri üçün cəzalandırılır

Paris Olimpiadasında Şimali Koreyanı təmsil edən stolüstü tennisçilər digər idmançılarla selfi çəkdirdiklərinə görə səlahiyyətlilər tərəfindən cəzalandırılır.

Qeyd olunur ki, söhbət Ru Jin Sink və Kim Kim Yonqdan gedir. Şimali Koreya rəsmiləri onları KXDR-in bir nömrəli düşməni hesab etdiyi Cənubi Koreya idmançıları ilə çəkdirdikləri fotoda gülümsədikləri üçün qınayıblar.

Belə ki, idmançılar vətənə qayıdandan sonra avqustun 15-dən onlar barəsində üç mərhələli yoxlama başlayıb.

Şimali Koreyalı idmançıları cəzalandırmaq istədikləri foto Çin, Cənubi Koreya və KXDR idmançıları ilə birgə çəkilib.//Lent.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
musavat.com

10Mənbələr