AZ

"Ziraat Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR

Ziraat Bank Azərbaycan

Plastik kartlar üzrə Kiçik mütəxəssis/Mütəxəssis

 Son tarix 26 sen 2024 [email protected]

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
  • Kompüter bilikləri (MS Office, Internet);
  • Türk , Rus və İngilis dili bilikləri mütləqdir və orta səviyyədə olmalıdır.

Əsas vəzifələr:

  • Müştəri silinmələrinə görə banklarla mübahisəli məsələlərin araşdırılması;
  • Chargeback prosedurlarının icrası (BKM, Visa, Mastercard);
  • Gündəlik “Issuing” ve “Acquiring” üzrə Risk Monitorinq prosesinin aparılması;
  • Baş vermiş əməliyyatların nəticəsi olaraq gündəlik klirinqin aparılması, müxbir hesablar üzrə müxabirləşmələrin aparılması, hesablara nəzarət;
  • Gündəlik əsasda Prosessinq Mərkəzindən daxil olan gündəlik əməliyyat fayllarının qəbul edilməsi, balans faylının göndərilməsi;
  • Ekvayrinq işçisi işdə olmadığı təqdirdə POS sənədləşmə işlərinin aparılması, “POS reversal/refund” prosedurlarının icrası və bu əməliyyatlarla bağlı ticarət obyektlərinədəstək göstərilməsi, ATM inkassasiya öncəsi və sonrasısənədlərin/hesabların yoxlanılması;
  • Visa, Mastercard və Prosessinq Mərkəzi ilə birlikdə layihələrin aparılması – yeni xidmət/funksional və ya mövcud funksionalın icrası.

Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Plastik kartlar” qeyd etməyiniz vacibdir. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Rəsmiləşdirilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis

 Son tarix 26 sen 2024 [email protected]

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Biznes kreditləri və ya kreditlərin rəsmiləşdirilməsi üzrə arxa ofis əməkdaşı vəzifəsində 3 illik iş təcrübəsi;
  • Akkreditiv və təminat məktublarının verilməsi, yazılması və banklararası akkreditiv və təminat üzrə yazışmaların aparılması üzrə ən azı 2 illik iş təcrübəsi;
  • MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
  • Türk və ingilis dili bilikləri mütləqdir və yüksək səviyyədə olmalıdır;
  • Kreditlərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (İpoteka haqqında Qanun, Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları, URDG -758, İSP – 98 qaydaları);
  • Akkreditiv üzrə biliklərə malik olması və MT 700 mətninin SWIFT-də yazma bacarığı;
  • MT 760 mətninin SWIFT- də yazma bacarığı.

Əsas vəzifələr:

  • Kredit Komitəsinin qərarına uyğun olaraq kreditlərin verilməsi ilə əlaqədar müqavilələrin hazırlanması (baş kredit, ipoteka, girov, kredit, qarantiya, kontr- qarantiya, tələbin güzəşti, kredit xətti, faktorinq və digər müqavilələr);
  • İmzalanan müqavilələrin proqram girişlərinin icra edilməsi;
  • İstifadə olunan kredit müqavilələrin və kreditin rəsmiləşdirilməsi prosesinin optimallaşdırılmasının təklif və təşkil edilməsi;
  • Verilən bütün növ öhdəliklərin əvvəldən sonadək rəsmiləşdirilməsinə nəzarət etmək;
  • Müqavilələrin filiallarda və baş ofisdə standart arxivləşdirilməsinin təşkil edilməsi;
  • Hazırlanmış müqavilələrin qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinin yoxlanması və bu sahədə standartların müəyyən edilməsi;
  • Bankın Sahibkarlığın İnkişaf Fondu, Azərbaycan Respublikasıının İpoteka və Kredit Zəmanət Fondu (və digər qurumlar) ilə imzalanan müqavilələrdən irəli gələn qarşılıqlı tələblərin icra edilməsi;
  • Təminat məktublarının (daxili, xarici) mətnlərinin incələnməsi, yazılması və avıso edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit arxa ofis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
fed.az

2Mənbələr