AZ

“Qalatasaray” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində Türkiyə təmsilçisi “Qalatasaray” İsveçrənin “Yanq Boyz” komandasını qəbul edib.

APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri rəqibləri ilə bacarmayıb – 0:1.

Matçın 88-ci dəqiqəsində Alan Vircinius fərqlənib.

Bununla da “Qalatasaray” Çempionlar Liqasında mübarizəsini dayandırıb.

Xatırladaq ki, cütlüyün birinci oyununda isveçrəlilər 3:2 hesabı ilə qalib gəlmişdi.

Seçilən
126
19
far.az

10Mənbələr