AZ

Baş nazir generalın müşavir təyinatına mane olub

Baş

Böyük Britaniya hökumətinin başçısı Key Starmer general Qvin Cenkinsin milli təhlükəsizlik üzrə müşaviri təyin edilməsinə mane olub.

Reyting.az
xəbər verir ki, bu barədə “The Times” yazıb.

İmtinanın səbəbi kimi hərbçinin Əfqanıstanda törədilmiş hərbi cinayətlər üzrə istintaqa cəlb edilməsi göstərilib.

Xatırladaq ki, aprel ayında Birləşmiş Krallığın keçmiş baş naziri Rişi Sunak Cenkinsin baş nazirin milli təhlükəsizlik üzrə yeni müşaviri olacağını bildirmişdi. Onun öz növbəsində Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin ediləcək Tim Barroudan sonra gələcəyi gözlənilirdi.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
reyting.az

1Mənbələr