AZ

Nizami Kino Mərkəzində yeni təyinat

Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən Əli-Səttar Quliyev Nizami Kino Mərkəzinin direktoru təyin olunub.

Kulis.az xəbər verir ki, 1934-cü ildə istifadəyə verilən Nizami Kino Mərkəzi Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurularaq 2011-ci ildən yenidən fəaliyyət göstərir.

Hazırda mərkəz Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin tabeliyindədir.

Qeyd edək ki, Əli-Səttar Elxan oğlu Quliyev 1981-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1998-2002), Azərbaycan Dövlət İqtisad Universitetində (2004-2006) təhsil alıb. “Azercell” müştəri xidmətlərində (2003-2007), İz Productionda art direktor (2007-2011), “Tonica Production”da menecer (2012-2016), “Azanfilm” studiyasının direktor müavini (2011-2015), “Mozalan” studiyasının direktoru (2015-2022) olaraq çalışıb. “İki tüstü” (2015), “Əlvida, Şmidt!” (2019), “Olimpia” (2021), “Stadionlar səssiz olanda” (2023) filmlərinin rejissoru, bir çox filmlərin, həmçinin bu il Beynəlxalq Kann Festivalının müsabiqə bölməsində yer alan “Sanki yoxsan” qısametrajlı filminin prodüseridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
kulis.az

1Mənbələr