AZ

Xaçmazda silsilə əməliyyatlar keçirildi: 379 kiloqram çətənə kolu aşkarlandı

Bakı. Trend:

Xaçmazda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan vəqanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlarkeçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regionalqrupundan Trend-ə verilənməlumata görə, əməliyyatlarla rayon sakinləri Faiq Cəmilov, Fəridİsayev və Emin Vəlibəyov saxlanılıblar.

Onlardan kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 379kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.

Həmçinin, keçirilən tədbirlərlə rayon sakini Ravid Ağakişiyevsaxlanılıb. Ondan 2 ədəd tapança, 1 ədəd patron darağı və 7 ədədpatron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davametdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
44
az.trend.az

10Mənbələr